Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa kimyaterapiya alacağını bildirib.
“İllərdi 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacam və sağalıram da. Gəlmələrimin sayını itirmişəm. Amma kimyaterapiya üçün artıq 25-ci dəfədir bu otaqda yenə qonağam. İnşallah bunu da birlikdə yenəcəyik” deyə, “Toppuş bacı” bildirib.