Türkəyli  tanınmış müğənni  İrmak Arıcı xoşagəlməz hərəkəti ilə sosial mediada gündəmə  səbəb olub. 

Unikal.org xəbər verir ki, tıxacda qalan müğənni taksi  sürücüsü  ilə mübahisə  etməyə  başlayıb. Hətta onlar arasında böyüyən mübahisə  şikayətlə  sonlanıb. Belə ki, İrmak Arıcı  sürücünün qarşısına keçərək, ona dəfələrlə tüpürüb. O, həmin anlar anbaan kameralara əks  olunub. 

Gənc oğlan müğənnidən polisə şikayətçi olub. Sosial mediada da isə İrmakın izləyiciləri onun bu cürə hərəkət  etməsini  qınayıb. 

Gülayə  Mecid