Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə avqustun 9-da rayon ərazisində nasaz vəziyyətdə olan “Toyota” markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakinləri R.Əliyev, R.Ağalarov, A.Abbasov və paytaxt sakini N.Nəcəfov saxlanılıblar.

Avtomobil R.Əliyevin həyətində yarısökülü vəziyyətdə tapılıb.