Milyonlarla qadınının sevimlisi olan 61 yaşlı Hollivud ulduzu Antonio Banderas son halı ilə diqqət çəkib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda xeyriyyə tədbirlərinin birində iştirak edən aktyorun xeyli arıqlaması və üzündəki qırışlar nəzərdən qaçmayıb. Onun ayaqüstə dura bilməməsi və hərəkət etməyə çətinlik çəkməsi də gözlərdən yayınmayıb.

Sosial şəbəkə istifadəçiləri artıq ulduzun qocaldığını və çox yorğun göründüyünü yazıblar.