Rejissor və aktyor Kənan M.M "Üzə-düz" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Belə ki, Kənan həyat yoldaşı Aygünün Xalq artistlərindən belə yaxşı oxuduğunu deyib:
"Biz Aygünlə ailə həyatı quranda bilirdik kimik… Sonradan məşhurlaşmadıq. Ailə quranda heç kimdə nəsə dəyişmədi. Aygün bir çox Xalq artistindən yaxşı oxuyur. Sənət də vətən sevgisi kimi bir şeydir. Mən 100 dəfə də bu dünyaya gəlsəm, yenə özümü bu sənətdə görürəm".