Türkiyənin məşhur şou proqramlarından biri olan "Yetenek sizsiniz" yeni sezon açılışlarına hazırlanır. 

Unikal.org xəbər verir ki, proqram aparıcısı və münsifi olan Acun Ilıcalı  digər  münsiflərdən birinin adını açıqlayıb. Belə ki,  Acunun sözlərinə  görə illərdir  münsif heyəti  kimi  görmək istədiyi  aktrisa Məryəm Üzərli heyətə qoşulub.

Uzun zamandır  ekranlardan uzaq düşən aktrisa  əvvəl  razı olmasa da,  sonra o  fikrindən yayınıb.  Acun Məryəmin illərdir heyətə qoşulmağa dəvət etdiyini vurğulayıb.  Lakin hər  dəfəsin də  "yox" cavabı  alan Acun, təklifi  heç zaman geri çəkməyib. 

Yanvar ayında ikinci dəfə ana olan Məryem Üzərli yenidən ekranlara qayıtmaq üçün hazırlıqlara başlayıb. 

 Gülayə  Mecid