Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK "Aşk mantık intikam" serialını cərimələyib. 

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, baş rollarında İlhan Şen və Burcu Özberkin rol aldığı ekran işində cinsi bərabərliyə zidd olan, qadınlara qarşı ayrı-seçkiliyi təbliğ edən təhqiramiz ifadələrin işləndiyi bildirilib.

Bu səbəbdən "FOX TV" də yayımlanan seriala yuxarı həddindən cərimə yazılıb və yayımı dayandırılıb.