Məşhur rusiyalı müğənni Filipp Kirkorov 3 il ərzində Ukraynaya gedə bilməyəcək.
Unikal.org xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, ifaçının ölkəyə girişi üç il müddətinə qadağan edilib.
Qeyd edək ki, bir müddət əvvəl Filipp Ukraynanın Mədəniyyət Nazirliyi tərəfindən ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi “qara siyahı”ya salınıb.