Rusiyanın İrandakı səfiri sosial mediada paylaşdığı fotoşəkil narazılığına səbəb olub.
Unikal.org xəbər verir ki, səfir Levan Caqaryan rəsmi hesabında İkinci Dünya Müharibəsi illərində işğal altında olan İranda Rusiya, İngiltərə və ABŞ liderlərinin keçirdiyi Tehran Konfransına aid fotoşəkil paylaşıb.
Bundan sonra səfir İran XİN-ə çağrılıb. Ondan fotoşəkillə bağlı izahat tələb olunub. Belə ki, Caqaryan sözügedən fotoşəkili Rusiya və İngiltərənin nasist ordusuna qarşı ittifaqını xatırlamaq üçün paylaşdığını və İrana qarşı heç bir niyyətinin olmadığını izahatında bildirib.
Gülayə Mecid