Britaniyalı məşhur aktrisa Una Stabbs 84 yaşında həyatını itirib.

Unukal.org-un "BBC"yə istinadən məlumatına görə, bu barədə aktrisanın meneceri xəbər verib.

O bildirib ki, aktrisa uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, rəqqasə kimi fəaliyyətinə başlayan U.Stabbs rol aldığı "Ölüm bizi ayırana qədər" (Till Death Us Do Part) və "Şerlok" (Sherlock) filmləri ilə tanınıb.