Türkiyəli müğənni Murad Dalkılıç bir neçə gün əvvəl ayrıldığı iddia edilən aktrisa Sitarə Akbaşla birlikdə görüntülənib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük əyləncə mərkəzindən çıxarkən görüntülənib.
M.Dalkılıç münasibətləri barədə ilk dəfə açıqlama verib:
“Hər şey çox yaxşı davam edir. Sitarə ilə ömürboyu birlikdə olacağıq”.
Qeyd edək ki, S.Akbaş sənətçinin keçmiş sevgilisi Hande Erçellə rəfiqədir.