Pop ulduz Britni Spirsin atası Ceymi Spirs qızı üzərində qəyyumluqdan imtina edib.
Unikal.org xarici KİV-ə istinadən xbər verir ki, Ceyminin vəkili Los-Anceles məhkəməsinə müvafiq bildiriş göndərib.
Bildirilir ki, müğənninin atası Britni Spirsin vəkili Mettyu Rozenqartın tələb etdiyi kimi, ifaçının maliyyə məsələlərinə nəzarət hüququnu peşəkar auditora vermək üçün məhkəmə ilə əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, Britni 13 ildir davam edən qəyyumluğun sonlandırılması üçün məhkəməyə müraciət edib. O, atasının varidatını idarə etdiyini, heç bir şeyə müdaxilə edə bilmədiyini açıqlayıb. İfaçı bildirib ki, atası hamilə qalmaması üçün ona zorla hamiləlik əleyhinə dərmanlar atdırıb. Spirs atasının və qəyyumluqdakı digər şəxslərin həbs olunmasını tələb edib.