“TV8” telekanalında yayımlanan “O ses Türkiye” proqramının münsif heyəti ilə bağlı yeni qərar verilib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, yeni mövsümdə yarışmanın münsif kürsüsündə Hadisə yer almayacaq. Buna səbəb isə, Hadisə ilə Ebru Gündeş arasında yaşanan münaqişə olub.
Qeyd edək ki, Hadisənin həmkarı Ebrunun keçmiş həyat yoldaşı Rza Zerrabla gizli münasibət yaşadığı iddia olunmuşdu.
Hazırda Hadisə Acunun yeni platforması olan “Exxen”də yayımlanan “O ses Türkiye rap” proqramında münsiflik edir.