"Mənim ən yaxınım böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi".
Unikal.org xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Asan Radio"nun qonağı olarkən deyib. Aktyor aparıcı Emin Musəvinin "Kimlə yaxın, dostluq münasibətiniz var" sualına belə cavab verib:
"O, mənim yoldaşım Vahidə idi. Bu gün səhərlər gözümü açanda da, gecə yuxuda da, axşam yatmazdan öncə də o ağrını keçirirəm. Fikirləşirəm ki, qəribə bir ömür başladı məndə. Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim. Amma indi deyəcəyim bir kəsim yoxdur".
Qeyd edək ki, Vahidə Sadıqova bu ilin martında vəfat edib.