Məşhur ulduz Skarlet Yohansson iyulda "Disney"i "Qara dul" filmini icazəsiz kinoteatrlarda və onlayn yayımladıqları üçün məhkəməyə vermişdi.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa şirkətin müqavilədə yazılanları pozduğunu və onun qonorarını kəsdiklərini iddia edib.
Şirkət Yohanssonun addımına cavab verərək, aktrisanın tamaşaçıları nəzərə almadığını, ancaq öz pulunu düşündüyünü bildirib.
Bu günlərdə isə "Disney"in Skarlettin yer alacağı bütün layihələri ləğv etdiyi ortaya çıxıb. Bura "Dəhşətlər qalası" və digər bir çox layihə daxil olub. Şirkət aktrisanı "qara siyahı"ya salıb.