“Ermənilər tərəfindən dağıdılan kəndlər. Bura Zallar kəndinin ərazisidir”.
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.
“Üçüncü yolu da onlar Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları onların gözlərində qaldı. Bizim evlər. Ermənilər tərəfindən dağıdılmış azərbaycanlıların evləri. Otuz il ərzində ermənilər bizim torpaqlarımızı ancaq istismar edirdi. Təbii sərvərtləri talayırdı, evlədi dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar, torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşməni məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”, - deyə dövlət başçısı qeyd edib.
Prezidentin görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstagram hesabında paylaşıb.