Aleyna Tilki "Sirr" adlı mahnısının klipi üçün İstanbulun simvolu olan Qız Qalasına gedib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur pop ulduz Qız Qalasına dırmaşdığı anların görüntüsünü paylaşıb. O, bunun nə qədər çətin olduğunu bildirsə də, dırmaşdıqdan sonra gördüyü mənzərənin əsrarəngsiz olduğunu dilə gətirib.
Qeyd edək ki, 21 yaşlı müğənni Aleyna Tilki "Sirr" klipinin çəkilişlərini Türkiyəyə təsir edən meşə yanğınları səbəbiylə dayandırmışdı.
Gülayə Mecid