Kəlbəcər rayonuna səfəri çərçivəsində Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissəyə gəlib.
Unikal.org xəbər verir ki, Quru qoşunları komandanı general-mayor Ənvər Əfəndiyev Ali Baş Komandan İlham Əliyevə raport verib.
-Cənab Ali Baş Komandan quru qoşunlarının əməliyyat şəraitində dəyişiklik olmayıb, hadisə baş verməyib.
Prezident, Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparması üçün hər cür şərait yaradılıb. Bu da hərbi qulluqçularımıza Vətənin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan ver