Türkiyəli məşhur  müğənni İrəm Dəricinin Cem Belevi ilə  eşq yaşadığı iddiaları  gündəm yaradıb.  

Unikal.org xəbər verir ki, tanınmış pop ulduzun  adının həmkarı ilə hallanması onu qəzəbləndirib. Bundan sonra İrəm sosial media hesabı vasitəsilə həmin xəbərləri  təkzib edib.  O, Cemlə  yaxın dost olduğunu dilə gətirib. 

Bununla yanaşı, İrəmin "Instagram"da paylaşdığı postuna "Alov"  emojisini  atması isə yenidən insanlar arasında səs-küyə  səbəb olub. 

Gülayə  Mecid