Quba rayon ərazisində ictimai iaşə obyektlərindən, evlərdən, silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi sakinləri Tural Quliyev və Rüfət Sərxanov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlayıblar. 

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.