Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının yenidən çəkilib-çəkilməyəcəyi mövzusu gündəmdən düşmür. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Polat Alemdar" rolu ilə məşhurlaşan aktyor Necati Şaşmazın sözügedən serialı yenidən ekrana gətirmək üçün rejissor Polat Yağcı ilə razılaşdığı deyilir. 

Məlumatda Polat Yağcının "Kurtlar Vadisi Kaos" adlı serial layihəsi üçün Show TV kanalının rəhbərliyi  ilə masa arxasına oturduğu da bildirilib.

Lakin hələlik razılaşmanın detalları barədə açıqlama verilməyib. 

Gülayə Mecid