Dünyaca məşhur müğənni Cennifer Lopez qızı Emmi ilə prodüser Cennifer Klyaynın Hollivudda keçirdiyi dəvətə qatılarkən görüntülənib.

Unikal.org xəbər verir ki, daima geyimləri ilə gündəm olan Cey Lonun 13 yaşlı qızının sadə paltarı diqqət çəkib.

Anasının təmtəraqlı üslubundan fərqli olaraq daha sadə tərzə sahib olan Emmi müğənni olmaq istədiyi, bu səbəbdən artıq məşhurların qatıldığı dəvətlərdə iştirak etdiyi bildirilib.