Rol aldığı "Ceyms Bond" filmləri ilə məşhurlaşan Daniel Kreyq mirasını qızlarına verməyəcəyini açıqlayıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, sərvəti 160 milyon dollar olduğu təxmin edilən aktyor miras qoymağın pis bir vərdiş olduğuna inanır:
"Köhnə bir deyim var: varlı olaraq ölmək, utanç içində ölmək deməkdir. Gələcək nəsil üçün böyük məbləğlər buraxmaq istəmirəm. Məncə, miras pis formatdır. Ölməzdən əvvəl puldan qurtulmaq lazım olduğuna inanıram".
Qeyd edək ki, Danielin iki qızı var.