"Fox TV" ilə yollarını ayıran məşhur aparıcı Zuhal Topalın yeni iş yeri bəlli olub.

Unikal.org  xəbər verir ki, aparıcı bundan sonra "TV8" ekranlarında yer alacaq.

Bu barədə İnstaqram hesabında paylaşım edən "TV8"in rəhbəri Acun Ilıcalı Zuhalın rəsmən kanala transfer olduğunu açıqlayıb.

Qeyd edək ki, Zuhal Topal yeni mövsümdən yüksək məbləğdə qonarar istədiyi üçün "Fox TV" ilə yollarını ayırıb.