Aktyor Burak Özçivitlə ailə həyatı qurduqdan sonra uzun müddət ekranlara vida edən Fəxriyyə Evcən yeni layihəsi üçün məşqlərə başlayıb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, baş rollarını aktyorlar Barış Arduç və Fahriyenin canlandıracağı "Alp Arslan" serialına hazırlıqlar davam edir. Belə ki, qılınc oynatma, at sürmə dərsləri alan aktyorlar məşq zamanı görüntülənib.
"TRT1" telekanalında yayımlanacaq ekran işində Fahriye "Akça Hatun", Barış isə "sultan Alp Arslan" roluna həyat verəcək.