ABŞ-ın məşhur artıqçəkili müğənnisi Lizzo son günlər çəkisi ilə bağlı tənqidlərə görə pis olduğunu açıqlayıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ifaçının göz yaşları içərisində keçirdiyi hisləri dilə gətirməsinə "Facebook" dəstək çıxıb.
Bundan sonra sosial media platforması Lizzonun paylaşımlarındakı təhqir əks etdirən şərhləri siləcək. Müğənninin səhifələrini nəzarətə götürən platforma ən kobud şərhlərin sahiblərini bloklayaraq hesablarını siləcəyini bildirib.