Zəngin iş adamı Karter Reumla evlənməyə hazırlaşan müğənni və model Peris Hilton toy hazırlıqlarına başlayıb.
Unikal.org xarici KİV-ə xəbər verir ki, şou proqramlarından birində qonaq olan ifaçı mərasimin 3 gün davam edəcəyini və 10 fərqli gəlinlik geyinəcəyini açıqlayıb.
Qeyd edək ki, Peris Hilton Karter Reumla fevralda tropik bir adada nişanlanıb. Karter bir ildir birlikdə olduğu sevgilisinə 1 milyon dollar dəyərində brilyant üzük taxmışdı.