"Salt Bae" hərəkatı ilə dünya şöhrəti qazanan türk aşpaz Nüsrət Gökçə işçiləri tərəfindən məhkəməyə verilib.
Unikal.org xəbər verir ki, "CNBC" telekanalının məlumatına görə, Nüsrətin ABŞ-ın Nyu-York ştatında yerləşən restoranının 5 nəfər işçisi onu məhkəməyə verib. Buna səbəb isə onların həftədə artıq işləməsi olub.Belə ki, məhkəməyə verilən iddialarda onların 72 saat işləməsi göstərilib.
5 işçi məhkəməyə verilən sənədlərdə 1125 dollar aaş aldıqlarını, amma əlavə iş saatlarına görə əməkhaqqı almadıqlarını bildiriblər.