Məşhur müğənni Yıldız Tilbe koronovirus vaksini ilə bağlı "Twitter"də yazdığı paylaşımla gündəmə gəlib.

Unikal.org  xəbər verir ki, Türkiyədə 4-cü doza vaksinin tətbiq olunması haqda qərara müğənni etirazını bu  cürə  bildirib. 

“Virusdan qorumayan vaksini niyə vurdurum? Təsdiqlənməmiş, istehsalçıların belə "Bir şey olarsa, cavabdehlik daşımırıq" dediyi peyvəndi niyə qəbul edim? Dörd doza qorumursa, 44 peyvənd vurulacaq? Bu nədir?".

Qeyd edək ki, Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti müğənninin fikirləri ilə razı olduqlarını yazıblar.

Gülayə  Mecid