"Sonni Tiba/Çiba" ləqəbi ilə tanınan yaponiyalı aktyor Sinyiti Tiba (Sadaho Maeda) 82 yaşında vəfat edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi koronovirus infeksiyasına yoluxub. Kimitsu xəstəxanasında müalicə alan aktyoru həkimlər xilas edə bilməyiblər. Aktyor avqustun 8-dən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Sinyiti Tiba əvvəl doğma Yaponiyada, daha sonra isə beynəlxalq səhnədə döyüş filmlərində oynamaqla şöhrət qazanıb.