“Dünən “ailə qurmağım” barədə xəbərlər oxudum. Açığı yalan yayılan bu məlumata çox pis oldum. Bir media işçisi mənimlə dəqiqləşdirmədən necə bu cür informasiya yaya bilər?!”
Unikal.org xəbər verir ki, bu sözləri aktrisa Sevinc Əliyeva sosial şəbəkə hesabında yazıb. O, evlənmək barədə hələ düşünmədiyini açıqlayıb:
“Məqsədim heç vaxt şəxsi həyatımla gündəmə gəlmək olmayıb. Bunun üçün də addım atmamışam. Hər kəsə bildirmək istəyirəm ki, həyatımda cəmi bir dəfə ailə qurmuşam və həmin nikahdan üç gözəl övladım dünyaya gəlib. Və ikinci dəfə ailə qurmaq barədə fikrim yoxdur. Evlənsəm belə bunu məndən biləcəksiz, xəbər portallarından yox.
İnformasiyada fotosu yerləşdirilən şəxsi isə tanımıram. İzləyicilər arasında olan bir pərəstişkardır. O da rəylərinə tez-tez rast gəlirəm, onun üçün üzü tanış gəldi. Media işçilərindən xahiş edirəm, nə mənim keçmiş həyat yoldaşımın adından istifadə edin, nə də ki, məlumatı dəqiqləşdirməmiş paylaşmayın!”
Qeyd edək ki, ötən gün S. Əliyevanın iqtisadçı ilə ailə qurması barədə məlumatlar yayılmışdı.