Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.
Unikal.org-un məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edilib.
Dəyişikliyə əsasən kollegiyanın tərkibi 9 nəfər olacaq. İndiyə qədər kollegiya 7 nəfərdən ibarət idi.