Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub.
Unikal.org Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı nazirlər Əfqanıstandakı vəziyyətlə bağlı müzakirə aparıblar.
M. Çavuşoğlu Əfqanıstandan qayıtmaq istəyən Türkiyə vətəndaşlarına verdiyi dəstəyə görə Pakistana təşəkkür edib.