Tokio Yay Paralimpiya Oyunlarında çıxış edən, medal qazanana bəzi idmançılarımız dünən vətənə qayıdıb.
Azərbaycanın aktivinə 3 qızıl medal qazandıran qadınlardan ibarət paracüdo milli komandası və baş məşqçi Ramin İbrahimov ölkəyə qayıdan kimi Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bu barədə London Paralimpiya Oyunlarının(2012) qızıl medalçısı, keçmiş paracüdoçu Ramin İbrahimov Unikal.org-a açıqlama verib:
"Vətən Müharibəsində əldə edilən qələbədən ilhamlandıq.
Şəhidlərimizi, Qazilərimizi özümüzə nümunə götürdük. Xatırlayanda, oların məzar daşları da bizə güc verirdi. Bizdə vətən üçün nəsə etmək istəyirdik.
Paralimpiyaçılarımız da bu əzmlə Tokioda mübarizə apardı və tarix yazdı".
Aygün