Azərbaycan para-üzgüçüsü Roman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.
Unikal.org xəbər verir ki, o, 100 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə 57.81 saniyəlik nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Salehin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.
Ağarza Elçinoğlu