Bu gün Azərbaycanın son 5 təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
Unikal.org xəbər verir ki, ilk olaraq qadınlarda Yelena Taranova, kişlərdə isə Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə çıxış edəcək. Hər iki idmançı Bakı vaxtı ilə saat 04:30-da yarışa qoşulacaq.
Qadın para-atletlər Yulia Yanovskaya və Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda final mərhələsinə qatılacaq. Onlar Bakı vaxtı ilə saat 05:06-da start xəttinə yaxınlaşacaq.
Digər para-atlet Orxan Aslanov uzunluğa tullanmada qüvvəsini sınayacaq. O, Bakı vaxtı ilə saat 05:02-də yarışa başlayacaq.
Qeyd edək ki, aktivində 12 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.