"Türk Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi və əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və təlim fəaliyyətini dəstəkləməyə davam edir".
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Pınar Kara bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina axtarışı və məhvi işləri də davam edir.
"Türkiyə ilə Azərbaycan arasında ortaq qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırma, idarəetmə və icra əsaslarını uyğunlaşdırmaq üçün “Qardaş briqada” layihəsi başladıldı. Hazırda TSQ çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə təlimlər aparılır. "Bir millət, iki dövlət” anlayışıyla kədər və sevinc içində birgə olduğumuz Azərbaycan türkü qardaşlarımızın haqlı davasında bundan sonra da yanlarında olmağa davam edəcəyik", - türkiyəli rəsmi deyib.