Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) gələn həftədən qonaq komandaların azarkeşlərinin matçlara qatılmasına icazə verəcək.
Unikal.org xəbər verir ki, bu barədə UEFA-nın tviter səhifəsində paylaşılıb. Qeyd olunub ki, azarkeşlər olduqları ölkələrdə yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərə və tələblərə riayət etməli olacaqlar.
Xatırladaq ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ilk qrup mərhələsi oyunları gələn həftə baş tutacaq.