Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti matçına çıxacaq.
Unikal.org xəbər verir ki, yığmamız doğma azarkeşlər önündə Portuqaliya millisini qəbul edəcək.
Portuqaliya yığması matçın aşkar favoriti olsa da, Canni De Byazinin komandası möcüzə axtarışında olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Xatırladaq ki, millimiz keçirdiyi 4 oyundan sonra 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb. Rəqib Portuqaliya isə 10 xalla Serbiya yığması ilə birinci, ikinci yerləri bölüşdürür.