"Mançester Yunayted"in sabiq futbolçusu Qari Nevill sabiq komanda yoldaşı, hazırda da "qırmızı şeytanlar"da çıxış edən Kriştiano Ronaldo ilə birgə oynadığı vaxtları xatırlayıb.
Unikal.org "Sky Sports"a istinadən xəbər verir ki, oyunçu açıqlamasında 36 yaşlı hücumçunu dünyanın ən yaxşısı adlandırıb:
"Messinin ağlasığmaz dərəcədə qol vurduğuna şübhə yoxdur. O, əyləncəli bir futbolçudur. Amma Ronaldo bu məsələdə daha üstündür. Penaltiləri çox dəqiq yerinə yetirir. Ona görə də Ronaldonun sayəsində komandadakı boşluqlar tamamlanır. Onu daha da irəli aparan, motivasiya verən şey qırdığı rekrodlardır. Ronaldo Messinin klubu qədər yaxşı olmayan klublarla Çempionlar Liqasını qazanıb. O, dünyanın ən yaxşısıdır".
Qeyd edək ki, Qari Nevill 1992-2011-ci illərdə "Mançester Yunayted"də oynayıb. 2003-2009-cu illərdə də "qırmızı şeytanlar"da çıxış edən Ronaldo isə avqustun 31-i bu komanda ilə 2+1 illik müqavilə imzalayıb.