“Bu gün Bakının bolşevik-erməni işğalından qurtuluşunun 103-cü ildönümüdür”.
Unikal.org-un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter”də bildirib.
“Bu vacib gündə Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşanı, onun qəhrəman ordusunu və Qafqazın bağrında yatan minlərlə şəhidimizi rəhmətlə anırıq. Tək millət, iki dövlət”, - deyə diplomat qeyd edib.