Milli Məclisinin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilən məsələlər açıqlanıb.

Unikal.org xəbər verir ki, sessiya müddətində bir sıra məsələlərin müzakirə edilməsi gözlənilir. 

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) ilə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti, eləcə də birgə fəaliyyət formaları və istiqamətləri haqqında vaxtaşırı müzakirələrin aparılması, İnsan hüquqları üzrə müvəkkilinin və aparatın, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin işlənib hazırlanması, diffamasiya haqda qanunvericilik sahəsində dinləmələrin keçirilməsi, nifrət nitqi ilə bağlı qanunvericilik sahəsində dinləmələrin keçirilməsi, Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.