“Qonşu Gürcüstandan olan jurnalistləri, blogerləri və akademikləri salamlamaqdan məmnunam”.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində yazıb.
“Genişmiqyaslı regional mövzularda dostcasına və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağ İqtisadi Bölgələrini, xüsusilə Şuşa və Ağdamı da ziyarət edəcəklər”, - deyə H.Hacıyev bildirib.