"Azərbaycan və Ermənistan xarici işlər nazirilərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır".
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşərsə, bu, iki ölkə arasında normallaşma prosesinin praktiki forma alması üçün yaxşı bir əlamət olardı: "Minsk qrupunu sülh prosesinin irəliləməsi üçün vacib bir vasitə olaraq görməyə davam edirik".