Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.
Unikal.org xəbər verir ki, bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.
G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:
“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.(modern.az)