Xəbər verdiyimiz kimi, Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, Kapital Bank-ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə 2020-ci ilin sentyabr ayından sosial layihə başlayıb.
Unikal.org xəbər verir ki, həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak ediblər. Gənclərdən 3-ü yüksək bal yığmaqla, ümumilikdə 7 nəfəri ali məktəbə, 5 nəfəri isə peşə məktəbinə daxil olub.
Bununla əlaqədar 24 sentyabr 2021-ci il tarixində Bakı Kitab Mərkəzində keçirilən görüş zamanı Sabirabadın millət vəkilləri Kamal Cəfərov və Ramin Məmmədov, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Aqrar İnnovasiya və Təchizat şirkətinin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak edib.
Tədbir zamanı tələbə adını qazanan gənclərə Kapital Bank adından qiymətli hədiyyələr – noutbuklar, planşetlər və smartfonlar hədiyyə edildi. Tədbirdən sonra tələbələr paytaxtın 8 Noyabr prospektində yerləşən Hərbi Qənimətlər Parkını ziyarət etdilər.
Qeyd edək ki, Düşünən Azərbaycan Gənci (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.