ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna işçi səfərlərini bərpa edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, bildirib ki, Nyu-Yorkda həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşündə bu barədə razılıq əldə olunub.

“Həmsədrlər Nyu-Yorkda Bakı və Yerevan ilə regiona işçi səfərlərin bərpası barədə razılıq əldə edib. Ötən il Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmanın əsas nəticəsi stabillikdir”.