“Dünən, sentyabrın 27-də işğal altında olan Qarabağı azadlığına qovuşduran şanlı Vətən müharibəsinin ildönümü idi. Şəhidlərin Anım Günündə bütün Azərbaycan xalqını təbrik edirəm və şəhidlərimizi rəhmətlə anıram”.
Unikal.org xəbər verir ki bunu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstanın Türküstan şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında çıxışı zamanı deyib.