Mayın 28-i Müstəqillik Günü elan ediləcək.
Unikal.org-un məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin bərpası Günü hər il bayram kimi qeyd ediləcək.