Bu günə qədər Bakı şəhərində 100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb.

Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Sarı döyünən işıqlar piyada təhlükəsizliyində əsas rol oynayan qurğulardan biridir. Bu yenilik paytaxtda ilk dəfə Xətai rayonunun Sabit Orucov və Mehdi Mehdizadə küçələrində tətbiq olunub. Sarı döyünən işıq piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etməklə yanaşı, avtomobil sürücülərinə qaranlıq saatlarda eynisəviyyəli piyada keçidindən keçmək istəyən piyadanı görmək, yaxınlaşarkən sürəti azaltmaq imkanı verir.